Xəzər Xəbər

Tarixi bəyanat uğurla icra edilir - Qarabağda birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır VİDEO

Veb TV | 21:18 • 27 Yanvar 2021
Tarixi bəyanat uğurla icra edilir -  Qarabağda birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır

10 noyabr tarixli üçtərəfli birgə bəyanata uyğun olaraq Qarabağda Rusiya-Türkiyə monitorinq mərkəzi fəaliyyətə başlamaq üzrədir. artıq bu istiqamətdə son hazırlıqlar görülür. Analitiklərin fikrincə, xüsusilə Türkiyə hərbçilərinin Azərbaycana gəlməsi həm regionun geosiyasi balansının qorunmasında, həm də sülhün təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək. Bəs monitorinq mərkəzinin fəaliyyəti necə qurulacaq?

 

10 noyabr tarixli bəyanatın icrası uğurla davam etdirilir. Türkiyə hərbçiləri və PUA-ları Qarabağa gəlir.

 

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır. Siyasi ekspert Fərhad Məmmədov deyir ki, Mərkəzin fəaliyyətə başlaması üçtərəfli birgə bəyanata əsasən həyata keçirilir. Bu isə o deməkdir ki, razılaşmanın prinsiplərinə tam şəkildə əməl olunur. Azərbaycan üçün daha bir vacib məqam isə Türkiyə hərbçilərinin regionda faktiki roludur. Qardaş ölkənin Qarabağda atəşkəsə nəzarəti həyata keçirməsi bölgədə sülhün təmintı üçün mühüm amildir.

 

Bu, həmçinin bölgədə geosiyasi balansın qorunması anlamına da gəlir.

 

Atəşkəsə nəzarət müasir texnologiyaların tətbiqi ilə həm qurudan, həm də havadan təşkil olunacaq ki, bu da Mərkəzin fəaliyyətini daha səmərəli edəcək.

 

Qeyd edək ki, Monitorinq mərkəzində xidmət edəcək rusiyalı hərbçilər təlimlərə cəlb olunub və onların yaxın zamanlarda Azərbaycana gəlmələri gözlənir. Mərkəzin qərargahı Ağdam rayonunda olacaq.

 

Xəbər lenti