Xəzər Xəbər

Paşinyanın diplomatik pasportu oğurlandı VİDEO

Veb TV | 21:10 • 27 Yanvar 2021
Paşinyanın diplomatik pasportu oğurlandı

Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatik pasportu ötən ilin 10 noyabr tarixində hökumət binasına hücum edən şəxslər tərəfindən oğurlanıbmış. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib. Bu biyabırçı xəbər dünəndən dünyanın div media quruluşlarının müzakirə mövzusuna çevrilib. Maraqlısı budur ki, bu fakt passportun oğurlandığı 10 noyabr tarixindən 2 ay yarımdan sonra niyə üzə çıxıb?

 

Ermənilərin bir atalar sözü var: İtlər öz aralarında boğuşar, canavar gələndə birləşərlər. Bəli, Qarabağ müharibəsində düşmən it, biz isə canavar obrazında idik. Amma az əvvəl çəkdiyim məsəli deyən atalar bu dəfə yanıldılar. Canavar gələndə itlər birləşmədi, əksinə pərən pərən olub bir birilərinə hürməyə başladılar. Qarabağda Azərbaycanın haqlı qələbəsindən sonra Ermənistanda aləm bir birinə elə dəyib ki, sadə insanlardan tutmuş ölkənin siyasi elitasına qədər hamı bir birinə düşmən kəsilib. Məğlubiyyətə görə hamı bir birini ittiham edir, hər gün etirazlar, nümayişlər keçirilir, ölkədə söz sahibi olanlar bir birilərinə hətta ölüm təhdidləri də edir. Bütün hədələr isə sonda bir adın üzərində dayanır: Nikol Paşinyan.

 

Ermənilərin bir atalar sözü də var: bir adam min adamın adını batırar. İndi daşnaklar da bunu əllərində alət edib Nikol Paşinyanın hakimiyyətdən getməsini tələb edir. Evinin qarşısında aksiya keçirdilər, hökümət binasının qarşısında səslərini ucaltdılar, parlamentin spikerini döydülər, Müdafiə Nazirliyinə soxuldular, amma Nikol da Nikolluğundan əl çəkmədi. Yenə də emənilərin ulu babaları demiş, utanmaz adamdan Tanrı da bezardır. Dəfələrlə dünyanın gözü qarşısında Azərbaycan prezidenti tərəfindən susdurularaq gülünc vəziyyətə salınan, məhşur jurnalistlərin sualları qarşısında başı aşağı vəziyyətdə qalan Paşinyanın biyabırçılıqları haqda hər gün bir xəbər eşitməsək sanki dünya erməni baş nazirə dar gələr. Bu gün də istisna deyil. Paşinyanın diplomatik passportunun oğurlanması xəbəri gəldi və erməni baş nazirin öz passportuna sahib çıxa bilməyəcək qədər yeni, cılız obrazı formalaşmış oldu.

 

Bəs bu xəbər passportun oğurlandığı 10 noyabr tarixindən 2 ay 16 gün sonra niyə üzə çıxdı? Ermənistandan deportasiya edilmiş Qazaxıstan vətəndaşı, beynəlxalq əlaqələr üzrə ekspert, "Orbeli" mərkəzinin keçmiş mütəxəssisi Andranik Ovannisyan Paşinyanın diplomatik pasportunun "oğurlanması" ilə bağlı yeni detallar açıqlayıb. O, yazır ki, Mərkəzi Asiyada hazırda Ermənistan pasportu olan 8 erməni dilli etnik azərbaycanlı yaşayır. Bu məsələnin üstü açılandan sonra Paşinyan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Kərəmyanı yanına dəvət edib və azərbaycanlıların erməni pasportları ilə təmin olunduğu barədə məlumatı təcili olaraq təkzib etməyi əmr edib: "Arqişti Kərəmyan bu biabırçı vəziyyətdən başqa bir çıxış yolu təklif edib - Xarici İşlər Nazirliyi bəyanat versin ki, guya Nikol Paşinyanın diplomatik pasportu 10 noyabrda parlament binasına soxulan şəxslər tərəfindən oğurlanıb. Birincisi, müsahibəmdə bir neçə dəfə təkrarlamışam ki, həmin sənəd 7 noyabr 2020-ci ildən bəri məndədir. Siz isə deyirsiniz ki, pasport 10 noyabrda oğurlanıb. İkincisi, məşhur pasportda Paşinyanın imzası yoxdur. Əgər pasport 22 oktyabr tarixindən onun yanında olsaydı, bu imza mütləq olardı. Üçüncüsü, Paşinyan ona və ailsəinə məxsus şəxsi əşyaları oğurlanması ilə bağlı bir-neçə dəfə açıqlama versə də pasportla bağlı bir kəlmə dəd olsa danışmayıb. Nikol Paşinyan bir neçə dəfə açıq şəkildə saat, ətir, kompüter və həyat yoldaşı Anna Hakobyanın sürücülük vəsiqəsinin hökumət binasından oğurlandığını elan edib. Heç vaxt diplomatik pasport haqqında bir söz deməyib. Bundan daha axmaq bir yalan düşünə bilmədinizmi? Ayıbdır xainlər. Özünüzə gəlin".

 

Bu da gülməli ölkə və onu idarə edən gülməli fiqurların gülməli taktikaları. Bir ölkənin baş nazirinin diplomatik passportu oğurlanır və xəbər yayılandan sonra əldə qayırma izahatlar verilir. Yenə ermənilərdən bir məsəl gətirəcəm: quşu yemlə tutarlar, insanı pulla. Nikol Paşinyan da pul qarşısılığında çoxdan Sorosa öz kimliyini satıb. Bir passportla nə olacaq ki?

 

Xəbər lenti