Xəzər Xəbər

Türkiyəli professordan Çin peyvəndinin təsiri barədə açıqlama VİDEO

Veb TV | 18:02 • 25 Yanvar 2021
Türkiyəli professordan Çin peyvəndinin təsiri barədə açıqlama

Türkiyə Səhiyyə Nazirliyinin elm komitəsinin üzvü professor Tevfik Özlü koronavirus peyvəndi ilə bağlı açıqlamalar verib.


DHA-ya müsahibə verən həkim bildirib ki, peyvənd olunanlar da, olunmayanlar kimi ehtiyat tədbirlərinə əməl etməlidirlər:


"İnsanlar peyvənd vurulan kimi təhlükəsizlikdə ola bilməzlər. Peyvənd vurulduqdan sonra 4 həftə gözləyib, ikinci dozanı qəbul etməliyik. İkinci dozadan sonra anticisim səviyyəsi yalnız 15 gündən sonra müəyyən bir səviyyəyə çatır. Dolayısıyla, peyvənd edildikdən ancaq ay yarım sonra insan bədənində qoruyucu xüsusiyyət yaranır”.



O əlavə edib ki, bu qoruyuculuğu da xəstələnməkdən qorumaq anlamında başa düşmək lazımdır, çünki peyvəndin virusa yoluxmanın və yayılmanın qarşısını alıb-almayacağı hələ müəyyən edilməyib.


Professorun sözlərinə görə, əhalinin 80 faizi peyvənd edildikdən sonra epidemiyanın qarşının alınmasından bəhs etmək olar.


Qeyd edək ki, Türkiyədə koronavirusa qarşı Azərbaycanda da istifadə olunan Çinin "SinoVac” şirkətinə məxsus "CoronoVAC” peyvəndi tətbiq edilir.


Xəbər lenti