Xəzər Xəbər

Avropa Komissiyası koronavirusla bağlı vacib qərarlar verəcək

Dünya | 16:57 • 25 Yanvar 2021
Avropa Komissiyası koronavirusla bağlı vacib qərarlar verəcək

"Avropada koronavirusun yeni variantları bizi çətin, lakin vacib qərarlar verməyə məcbur edir”.


Bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib. 


"Biz təhlükəsizliyi təmin etməli və vacib olmayan səyahətlərdən çəkinməliyik. Bu gün Aİ-də səyahətlə bağlı yeni tədbirlər təklif edirik. 27 ölkə olaraq bu məsələdə koordinasiyanı davam etdirəcəyik. Bu, məqsədə müvəffəq olmağın yeganə yoludur”, - deyə Ursula von der Leyen bildirib.


O vurğulayıb ki, sərhədlər bağlanmamalı və vahid bazarın fəaliyyəti təmin olunmalıdır.


Avropa Komissiyasının prezidentinin sözlərinə görə, Aİ-yə daxil olan beynəlxalq səyahətçilər üçün daha güclü tələblər irəli sürülür ki, buraya analizlərin verilməsi, karantinə alınma və s. daxildir: "Biz virusun variantlarının yayılmasını dayandırmalı və hamımızın təhlükəsizliyini təmin etməliyik. Birlikdə bu pandemiyanın öhdəsindən gələcəyik”./apa

Xəbər lenti