Xəzər Xəbər

Ağdamın Papravənd kəndində erməni vandallığı - FOTO

Region | 11:14 • 23 Yanvar 2021
Ağdamın Papravənd kəndində erməni vandallığı -

Ağdam rayonunun erməni vandalizminə məruz qalan yaşayış məntəqələrindən biri də Papravənd kəndidir.


Papravənd kəndi Ağdam şəhərindən 21 kilometr şimalda, Ağdam-Ağdərə yolunun üstündə, dağətəyi düzənlikdə yerləşir. Vaxtilə rayonun ən abad yaşayış məntəqələrindən olan Papravənddə üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq inkişaf etmişdi. Burada heyvandarlıq kompleksi, məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi var idi. Erməni qəsbkarları 1993-cü ildə Papravənd kəndini işğal edən zaman talan edərək dağıdıblar. Ermənilər işğal etdikləri digər yaşayış məntəqələrində olduğu kimi, Papravənddə də tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Kənddəki XVIII əsrə aid məscid və qədim qəbiristanlıq da dağıdılıb.


Son illərdə Papravənd kəndində ermənilərin qanunsuz məskunlaşması həyata keçirilib. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ağdam rayonunun digər əraziləri kimi, Papravənd kəndi də Ermənistan ordusu tərəfindən boşaldılıb.


Papravənd kəndindən görüntüləri təqdim edirik. (AZƏRTAC)

Xəbər lenti