Xəzər Xəbər

Abşeronda 18 yaşlı oğlan qonşusunu boğaraq öldürüb

Hadisə | 10:47 • 23 Yanvar 2021
 Abşeronda 18 yaşlı oğlan qonşusunu boğaraq öldürüb

Yanvarın 22-də saat 19 radələrində Abşeron rayonunun Saray qəsəbəsində 1972-ci il təvəllüdlü Bədirov Tofiq Güləli oğlunun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Azərbaycan Respublikası Baş Prokurorluqdan xezerxeber.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.


Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 2003-cü il təvəllüdlü Əliyev İsmayıl Nəvahi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tofiq Bədirovu boğaraq qəsdən oldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.


İsmayıl Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti