Xəzər Xəbər

Məktəblər bu tarixdən açılır - Nazir AÇIQLADI VİDEO

Veb TV | 19:55 • 22 Yanvar 2021
Məktəblər bu tarixdən açılır - Nazir AÇIQLADI

Azərbaycanda ənənəvi təhsilə fevralın 1-dən etibarən ibtidai siniflərdə start veriləcək. Bu barədə Təhsil naziri bu gün keçirilən brifinqdə məlumat verib. Eyni zamanda kurslar və repetitorların fəaliyyətinə də fevralın 1-dən icazə veriləcək. Yoluxma statistikası azalarsa fevralın ilk həftələrindən etibarən bağçalarda, 5-9-cu siniflərdə və ali təhsil müəssələrində də qismən əyani təhsilə keçilməsinə qərar verilə bilər. Hər hansı sinifdə yoluxma faktı aşkarlanarsa, məhz həmin sinif üzrə yenidən distant təhsilə keçiləcək.


Xüsusi karantin rejiminə baxmayaraq Azərbaycanda əyani təhsilə start verilir. İlkin olaraq ibtidai siniflərin bu növ təhsilə keçidinə icazə verilib. Bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.


Eyni zamanda fevralın 1-dən etibarən kursların ve repititorların 10 nəfərlik qruplar hallında fəaliyyət göstərməsinə icazə veriləcək. Yoluxma statistikası müsbət olarsa baxçalar və digər siniflər üzrə də əyani təhsilə keçilməsinə fevralın ilk həftələrində icazə veriləcək. Nazirin sözlərinə görə, Bakı şəhərində metronun fəaliyyətinin bərpa edildikdən sonra digər siniflər üzrə də əyani təhsil bərpa edilməsi daha doğru olar. Çünki məktəbdə çalışan heyyət metro nəqliyyatından geniş şəkildə istifadə edir. Amma yolxumanın qeydə alınmadığı bölgələrdə bu, daha tez baş verə bilər.


Nazirin sözlərinə görə pandemiya şəraitindən yaranan zərurət səbəbi ilə onlayn təhsildə böyük inkişaf yolu keçilib və artıq 1 milyon 400 nəfər bu platformada qeydiyyatdan keçib və aktiv istifadəçidir. Nazir, müəlimlərin onlayn tədris zamanı çəkilmiş görüntülərinin cəmiyyət tərəfindən qınaq obyektinə çevrilməsinə də münasibət bildirib.


Emin Əmrullayev yaxın gələcəkdə müəllimlərə də koronavirusa qarşı vaksinin vurulmasını vacib hesab edib.


Brifinqdə əyani dərslərin başlamasından etibarən yoluxma ilə bağlı statistikanın hər gün ictimaiyyətə açıqalancağı və hər hansı sinifdə yolxuma faktı aşkarlanarsa, həmin sinif üzrə distant təhsilə keçiləcəyi qeyd edilib.


Xəbər lenti