Xəzər Xəbər

Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İqtisadiyyat | 15:14 • 22 Yanvar 2021
Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Yanvarın 22-dən 23-nə keçən gecədən etibarən Zığ Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xezerxeber.az-a bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Sürücülər alternativ olaraq Zığ-Suraxanı yolundan istifadə edə bilərlər.

Xəbər lenti