Xəzər Xəbər

Britaniyada gündəlik ölüm sayı rekord həddə çatdı

Dünya | 21:50 • 20 Yanvar 2021
Britaniyada gündəlik ölüm sayı rekord həddə çatdı

Böyük Britaniyada yeni növ koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb.


Son sutka ərzində 1 820 nəfər ölüb.


Son 24 saat ərzində 38 905 nəfərin testi müsbət olub. Ümumilikdə ölkədə 3,5 milyon insan koronavirusa yoluxub, 93 290 pasiyent vəfat edib.


Krallıqda artan koronavirus hadisələrinə nəzarət etmək üçün karantin rejimi daha da sərtləşdirilib.


Qeyd edək ki, dekabr ayının əvvəlindən Pfizer-BioNTech şirkətinin, yanvar ayının 4-dən isə Oksford-AstraZeneca tərəfindən hazırlanan peyvəndlərin istifadəsinə başlanılıb./report

Xəbər lenti