Xəzər Xəbər

"Qaziantep" yeni baş məşqçini təqdim etdi

İdman | 16:22 • 20 Yanvar 2021
"Qaziantep" yeni baş məşqçini təqdim etdi

Bir həftə əvvəl Marius Şimuditsa ilə yollarını ayıran "Qaziantep" yeni baş məşqçinin kimliyini açıqlayıb.


XəzərXəbər klub saytına istinadla xəbər verir ki, şəhərin eyniadlı komandasını bundan sonra ötənlərin tanınmış futbolçusu, 48 yaşlı mütəxəssis Rikardo Sa Pinto çalışdıracaq. Sa Pinto ilə 2,5 illik sözləşmə əldə olunub. 


Bilməyənlər üçün xatırladaq ki, Sa Pinto Portuqaliya millisinin 1999-cu ildə yığmamızı Gimaraeşdə 7:0 hesabı ilə darmadağın etdiyi oyunun iştirakçılarından olub, hətta 28-ci dəqiqədə hesabı açıb.


Qeyd edək ki, "Qaziantep" 18 turdan sonra topladığı 34 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb./Offsideplus.az

Xəbər lenti