Xəzər Xəbər

Messinin cəzası açıqlandı

İdman | 18:43 • 19 Yanvar 2021
Messinin cəzası açıqlandı

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messinin cəzası bəlli olub.


AS nəşri xəbər verir ki, 34 yaşlı hücumçu 2 oyunluq diskvalifikasiya edilib.


Argentinalı forvard İspaniya Kubokunda "Kornella" və La Liqada "Elçe" ilə matçları buraxacaq. Qarşılaşmalar müvafiq olaraq yanvarın 21-də və 24-də gerçəkləşəcək.


Qeyd edək ki, Lionel Messi ölkə superkubokunun finalında "Atletik"in oyunçusu Asyer Vilyalibreni vurub. Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. Atletik" final matçının əlavə vaxtında "Barselona"ya 3:2 hesabı ilə qalib gəlib.

Xəbər lenti