Xəzər Xəbər

Azərbaycanda rəsmi futbol matçları Dövlət Himni ilə başlayacaq

İdman | 18:02 • 19 Yanvar 2021
Azərbaycanda rəsmi futbol matçları Dövlət Himni ilə başlayacaq

Azərbaycan Premyer Liqası, Kuboku və I Divizionunda mövsümün sonuna qədər bütün oyunlar Dövlət Himni ilə start götürəcək.


Bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.


Bildirilib ki, bu addım Vətən uğrunda canlarından keçən şəhidlərə hörmət əlaməti olaraq atılıb.

Xəbər lenti