Xəzər Xəbər

İsmayıllı sakinindən narkotik vasitə götürülüb

Region | 11:22 • 19 Yanvar 2021
İsmayıllı sakinindən narkotik vasitə götürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Göytəpə kənd sakini N.Baratov saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana da baxış keçirilib. Oradan sellofan torbada ümumi çəkisi 415 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti