Xəzər Xəbər

Akademik Adil Qəribov Azərbaycan Milli Elmlər Akademiyasındakı problemləri açıqladı

Cəmiyyət | 09:57 • 19 Yanvar 2021
 Akademik Adil Qəribov Azərbaycan Milli Elmlər Akademiyasındakı problemləri açıqladı

"Ötən illər ərzində dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasına ayrılan vəsaitlər artırılsa da, akademiya özü qazanc əldə etməyib.


Xezerxeber.az-ın məlumatına görə, bunu AMEA-nın akademik-katibi, akademik Adil Qəribov deyib.


Akademik bildirib ki, Rusiya Elmlər Akademiyasına (REA) dövlət büdcəsindən 1,5 faiz həcmində maliyyə ayrılır və bunun əvəzində rusiyalı alimlər ölkə ÜDM-nin 1 faizi həcmində büdcəyə geri ödəniş edirlər:


"Hazırda REA rəhbərliyi geri ödənişlərin həcminin artırılması istiqamətində daha çox səy göstərilməsinin tərəfdarıdır. Belarus Elmlər Akademiyasının 60 faizi özü tərəfindən, 40 faizi isə dövlət büdcəsindən maliyyələşir. Özbəkistan Elmlər Akademiyasında isə bu göstərici yarı-yarıyadır”.


Azərbaycanda elmə ayrılan vəsaitin 81-82 faizinin əməkhaqlarının ödənişinə sərf olunduğunu deyən A.Qəribov qalan vəsaitin isə müəssisələrin gündəlik tələbatlarına xərcləndiyini bildirib.


Bundan əlavə, Elmin İnkişafı Fondu və SOCAR-ın Elm Fondundan qazanılan qrantlar hesabına alınan cihazların səmərəli istifadə göstəricisinin 20 faizi ötmədiyini vurğulayıb: "Son illərin təhlili göstərir ki, bir neçə institut xaricində heç bir əməli işlər aparılmayıb. AMEA-da yeni, gənc kadrların yetişdirilməsinə ehtiyac var. İnstitutlarda gənclərin sayı 10-20 faizdən çox deyil. Akademiyada fundamental sahə yetəri qədər inkişaf etməyib”.


Alim elmin inkişafının və aparılan tədqiqatların Azərbaycanın ümdə ehtiyacları ilə uyğunlaşdırılmasının, idarəetmənin optimallaşdırılmasının, elmlə təhsilin inteqrasiyasının vacibliyinə toxunub.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti