Xəzər Xəbər

Lavrov Dağlıq Qarabağdan danışdı VİDEO

Veb TV | 21:22 • 18 Yanvar 2021
Lavrov Dağlıq Qarabağdan danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib. Lavrov jurnalistlərin suallarını cavablandırarkən Qarabağla bağlı da bir sıra məqamlara toxunub.


"Dağlıq Qarabağın" statusu 9 noyabr bəyanatında qeyd olunmayıb. Bu, şüurlu şəkildə edilib. Ora Rusiya sülhməramlıların məsuliyyət daşıdığı bölgədir".


Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən söyləyib.


Sergey Lavrov bildirib ki, "Dağlıq Qarabağ"ın müstəqilliyi heç kəs tərəfindən tanınmayıb. Onu Ermənistan belə tanımayıb. "Bizim ümumiyyətlə Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı fikrimiz yoxdur" - deyə o vurğulayıb.


Lavrov onu da qeyd edib ki, Erməni rəsmilərinin Qarabağdakı siyasiləşmiş bəyanatları gərginlik yaradır, bundan çəkinmək daha yaxşı olardı.


Rusiyanın xarici işlər naziri qeyd edib ki, sülhməramlıların mandatı məsələsi həll olunur. "Bu, əlbəttə, üçtərəfli danışıqların predmeti olmalıdır. Bu barədə Moskvadakı üçtərəfli görüşdə danışılıb" - deyə o bildirib. Lavrovun sözlərinə görə, üçtərəfli bəyanatda heç bir gizli əlavə mövcud deyil.


Sergey Lavrov əsirlərin dəyişdirilməsi prossesi ilə bağlı sual verən erməni jurnalistə də tutarlı cavab verərək onu yerinə oturdub.


Lavrov vurğulayıb ki, hazırda sülhməramlılar əsirlərin dəyişdirilməsi məsələsi ilə məşğuldurlar.


Xəbər lenti