Xəzər Xəbər

Gəncədə silsilə oğurluq edən keçmiş məhkum saxlanıldı VİDEO

Veb TV | 20:07 • 18 Yanvar 2021
Gəncədə silsilə oğurluq edən keçmiş məhkum saxlanıldı

Gəncədə silsilə oğurluqlar törədən şəxs saxlanıb. 23 yaşlı gəncin hədəfi avtomobillərdəki bahalı maqnitafonlar, səsgücləndircilər olub. Ümumilikdə 20-dən çox oxşar oğurluq cinayəti törədən şəxsin


Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində avtomobillərdən oğurluq etməkdə təqsirli bilinən şəhər sakini, əvvəllər məkum olunmuş Məcid Sultanov saxlanılıb. Araşdırma zamanı onun dekabr ayında və cari ilin yanvar ayında təkcə Nizami rayonunun ərazisindəki 9 avtomobilə qeyri-qanuni yolla daxil olaraq maqnitofon, səsgücləndirici və digər əşyalar oğurladğı məlum olub.


Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin şəhərin Kəpəz rayonunda da bir mənzil və 12 avtomobildən oğurluq etdiyi məlum məlum olub.


Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.


Xəbər lenti