Xəzər Xəbər

Sabahdan hava kəskin dəyişir - Qar yağacaq VİDEO

Veb TV | 19:55 • 18 Yanvar 2021
Sabahdan hava kəskin dəyişir - Qar yağacaq

Sabahdan etibarən Bakıda və Abşeron yarımadasında qar yağacaq. Yanvarın 21-22-də isə gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var. Qarlı hava rayonlarda da hökm sürəcək.


Sabahdan etibarən havanın temperaturu kəskin dəyişəcək, qar yağacaq, çovğun olacaq.


Qərbdən hərəkət edən soyuq hava kütlələrinin təsiri nəticəsində paytaxt və rayonlarda hava şəraiti dəyişəcək. Arabir yağıntılı olacaq, bəzi yerlərdə isə sulu qar, qar yağacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyir ki, yanvarın 19-da səhər saatlarında yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı ehtimalı var. Lakin axşama doğru isə yağıntılı hava şəraiti gözlənilir. Gecəyə doğru yağışın sulu qara və qara keçəcəyi ehtimalı var.


Yanvarın 21-22-də gecə saatlarında bəzi şəhərətrafı ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur. Rayonlarda da havanın temperaturu enəcək.


Küləkli və şaxtalı hava şəraiti yanvarın 21-i gündüzədək davam edəcək. Daha sonra yağıntının tədricən kəsiləcəyi, 22-də ölkə ərazisində hava şəraitinin sabit əsasən yağmursuz keçəcəyi gözlənilir.


Xəbər lenti