Xəzər Xəbər

Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək VİDEO

Veb TV | 19:48 • 18 Yanvar 2021
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək

Son 1 ildə daha 1500 şəhid ailəsi və müharibə əlilliyi olan şəxs mənzil və fərdi evlə təmin edilib. İndiyədək isə bu kateqoriyadan olanlara ümumilikdə 9 min 100-dən çox mənzil və fərdi ev, 7200-dən çox avtomobil təqdim olunub. Prezident ilham əliyevin göstərişi ilə keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillər şəhid ailələrinə veriləcək ki, bununla da belə ailərlərin mənzil təminatında ciddi irəliləyiş əldə olunacaq. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov cari ildə sosial sahələrlə bağlı digər hədəfləri də açıqlayıb.


Yaxın bir neçə həftədə şəhid ailələri və müharibə əlillərinə mənzillər paylanacaq.


Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlər və 2021-ci ilin hədəflərinə dair keçirilmiş mətbuat konfransında belə deyib. O qeyd edib ki, postmüharibə dövründə 11 mindən çox şəhid ailəsi üzvləri, qazilər və müharibədən əziyyət çəkən digər şəxslərə dövlət tərəfindən dəstək göstərilib. 2650 şəhidin 6500 ailə üzvünə sosial müavinətlər təyin olunub. Ümumilikdə son bir ildə 1500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 400 müharibə əlili isə avtomobillə təmin edilib. Bu ildən isə keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzillərin bu kateqoriyadan olanlara verilməsinə başlanacaq.


Bu il əsas hədəflərdən biri də vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərimizin sosial dəstəklə, tibbi-sosial reabilitasiya xidmətləri, müasir protezlərlə təmin olunmasıdır.


Bu xidmətlərin səmərəli təşkili üçün isə növbəti DOST mərkəzlərinin açılışı nəzərdə tutulub.


Anar Kərimov bildirib ki, bu il özünəməşğulluq proqramının 33 faiz artıırlması nəzərtə tutulub ki, bu da həm müharibədən əziyyət çəkən insanları, həm də ümumilikdə işğaldan azad edilən əraziləri əhatə edəcək.


Xəbər lenti