Xəzər Xəbər

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır - VİDEO

Veb TV | 21:32 • 17 Yanvar 2021
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır -

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri aparılır.


Xezerxeber.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları budanıb, qazon örtüyü yenilənib, yeni güllər əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub.


Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. 

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov işlərə nəzarət etmək üçün xiyabana gəlib.

Qeyd edək ki, anım gününə 3 gün qalsa da, artıq insanlar indidə Şəhidlər xiyabanını ziyarətə başlayıblar.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Xəbər lenti