Xəzər Xəbər

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu üçün daha iki səyyar qrup yaradılıb

Gündəm | 12:48 • 17 Yanvar 2021
Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu üçün daha iki səyyar qrup yaradılıb
Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə yaradılan komissiyanın nəzdində daha iki qrup yaradılıb. 

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.


A.Eyvazov bildirib ki, vətəndaşların gediş-gəlişini asnlaşdırmaq və onların rahatlığını təmin etmək üçün komissiyanın nəzdində əlavə olaraq iki səyyar qrupun yaradılmasıma qərar verilib. Onun sözlərinə görə, yanvar ayının 18-dən etirabərn Pirəkəşkül qəsəbəsində və Gəncə şəhərində yerləşən hərbi hissələrdə də səyyar qrupar fəaliyyət göstərəcəklər. Beləliklə, bazar günü istisna olmaqla, səhər saat 9:00-dan 18:00-dək Respublika üzrə dörd istiqamətdə vətəndaşların müraciətləri dinləniləcək.


Qeyd edək ki, indiyə kimi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində və Füzuli rayonu ərazisində komissiyalar fəaliyyət göstərirdi. 

Xəbər lenti