Xəzər Xəbər

Koronavirusdan sağalanlar da peyvənd olunmalıdırmı? AÇIQLAMA

Dünya | 18:03 • 15 Yanvar 2021
Koronavirusdan sağalanlar da peyvənd olunmalıdırmı?

Koronavirusdan sağalanlar da vaksinasiyadan keçməlidirlər. Lakin ilk peyvənddən sonra neytrallaşdırıcı anticismlər 1:3200 və daha yüksək səviyyədədirsə, bu artıq kifayətdir.


"RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq bildirib.


"Səhiyyə Nazirliyinin "Yeni bir növ koronavirus infeksiyasının profilaktikası, diaqnozu və müalicəsi üçün müvəqqəti metodiki tövsiyələr” adlı sənəddə göstərilən rəsmi bir mövqeyi var. Orada aydın şəkildə yazılıb ki, lazım deyil (koronovirus keçirənlərin peyvənd vurdurması– red.). Mən bununla razı deyiləm. Mən (xəstəlikdən sağalanlar üçün vaksinasiyanın-red.) lazım olduğu mövqeyinə sadiqəm”, - deyə o, vurğulayıb.


Eyni zamanda mütəxəssis, xəstəlik keçirənlərin ilk peyvənddən sonra anticism səviyyəsini ölçmələrini tövsiyə etdi.


"Bu mümkün deyilsə, ikinci dəfə peyvənd oluna bilərsiniz”, - deyə Mərkəzinin direktoru əlavə edib.

Xəbər lenti