Xəzər Xəbər

Müxalifət Paşinyana istefa üçün vaxt qoydu VİDEO

Veb TV | 21:30 • 5 Dekabr 2020
Müxalifət Paşinyana istefa üçün vaxt qoydu

Məğlubiyyətə uğratdığımız Ermənistandakı son duruma nəzər yetirək. Burada baş nazir Nikol Paşinyanın istefası tələbi ilə paytaxt İrəvanda keçirilən mitinqinə 40 mindən çox insan toplaşıb. Etirazçılar baş nazirə istefası üçün 3 gün vaxt veriblər.


Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə kütləvi etiraz aksiyası keçirilib.


"Vətənin Xilası Hərəkatı" müxalifət təşkilatının mitinqi zamanı paytaxt İrəvandakı Azadlıq meydanına 40 mindən çox insanın toplaşdığı bildirilir. Müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyan, keşişlər və müxtəlif siyasi qüvvələr tribunada çıxışlar ediblər. Müxaliflər ölkənin böhrandan çıxarılması üçün öz proqramını təqdim ediblər. Bundan başqa, onlar ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.


Aksiya iştirakçıları "Nikol satqındır!", "Nikol, get!", "Nikolsuz Ermənistan!" şüarlarını səsləndirirlər. Daha sonra aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın iqamətgahının qarşısına doğru yürüş ediblər. Burada isə Daşnaksütun partiyasının nümayəndəsi İşxan Saqatelyan baş nazirə dekabrın 8-i günortayadək vaxt verdiklərini bəyan edib. "Paşinyan və komandası göstərilən vaxtadək istefa verməsə, bütün Ermənistan ərazisində mülki itaətsizlik hərəkətləri başlayacaq. Paşinyan çərşənbə axşamına qədər istefa verməsə, onu özümüz çıxaracağıq" - deyə o, qeyd edib. "Nikol, bu, sənin hökumət bağında son saatlarındır" - deyə Saqatelyan vurğulayıb.


Bu arada, Paşinyan müxalifətin ona qarşı irəli sürdüyü ittihamlara canlı yayımda cavab verib. O bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Ermənistan hakimiyyətinin şifahi olaraq əraziləri qaytaracağı vədi verməsindən sonra dayandırılıb.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti