Xəzər Xəbər

Qələbə paradına hazırlıq davam edir VİDEO

Veb TV | 21:56 • 5 Dekabr 2020
Qələbə paradına hazırlıq davam edir

8 noyabr Zəfər Günü ilə əlaqədar yaxın günlərdə bakıda hərbi parad keçiriləcək. Artıq paradın keçiriləcəyi Bakının Azadlıq meydanında hazırlıq işləri yekunlaşmaq üzrədir. Müstəqil Azərbaycanın zəfər paradında azadlıq meydanı işğaldan azad edilən torpaqlarda dalğalanan bayraqların keçidinə şahidlik edəcək.

Dövlət Başçısının bu nitqindən cəmi 2 il keçib. Artıq Azərbaycan xalqı həmin müqəddəs günlərini yaşayır. Rəşadətli ordumuz işğal edilən torpaqlarımızı azad edib.

Hərbiçilərimiz təkcə torpaqlarımızı işğaldan azad etmədilər. Onlar Azərbaycanla yanaşı dünya hərb tarixinə də öz imzalarını atdılar. Bütün dünya Azərbaycanın müasir gücünə şahid oldu. 30 il ərzində fəaliyyəti hiss edilməyən beynəlxalq təşkilatlar 44 gün sonra reallığı,Azərbaycan həqiqətlərini qəbul etməyə məcbur oldu. Beləliklə qəhrəman əsgərlərimiz və komandirlərimizin qanı-canı bahasına qazanılan zəfər hərb tariximizə qızıl hərflərlə yazıldı.

Bununla bağlı artıq hazırlıq işləri yekunlaşmaq üzrədir. Paradın keçirildiyi ərazidə müvafiq nişanlanma aparılır. Müzəffər ordumuz tərəfindən işğaldan azad edilən torpaqlarda dalğalanan bayraqlar Azadlıq meydanından keçəcək. Xalqımız da bu tarixi paradı və müqəddəs günü səbrsizliklə gözləyir. Müstəqillik tariximizdə ilk dəfə torpaqlarımızı işğaldan azad edən Azərbaycan ordusunun paradını izləyəcəyik.

Hərbi paradda Azərbaycanın hərbi texnikası ilə yanaşı vətən müharibəsində düşməndən hərbi qənimət kimi ələ keçirilən hərbi texnikalar da nümayiş olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti