Xəzər Xəbər

Xudavəng kilsəsində erməni təxribatı VİDEO

Veb TV | 21:45 • 5 Dekabr 2020
Xudavəng kilsəsində erməni təxribatı

Dünəndən müzakirə edilən məsələlərdən biri də Kəlbəcərdəki Xudavəng monastrına ibadət etmək üçün gedən Alban-udi dini icmalarının üzvlərinin erməni təxribatı ilə qarşılaşmalarıdır. Monastrda olan erməni keşişlər onların ziyarətinə mane olmaq istəsələr də, cəhdləri alınmayıb. İcmanın sədri ''XəzərXəbər''ə açıqlamasında deyib ki, ərazidə gözləmədikləri halda erməni din xadimləri ilə qarşılaşıblar və bu şəxslərin etirazlarına rəğmən monastra daxil olub ibadətlərini ediblər.


Alban-udi Xristian dini icmasının nümayəndələri Kəlbəcərdə erməni keşişlərin müqaviməti ilə qarşılaşıblar. Bu barədə ''XəzərXəbər''ə açıqlama verən icma sədri Robert Mobili bildirib ki, Xudavəng monstrının ərazisindəki erməni keşişlər onların ibadətinə mane olmağa çalışıblar.


İcma sədrinin sözlərinə görə uzun mübahisədən sonra onlar kilsəsinin içinə keçib ibadət edə biliblər amma içəridə video çəkilişə icazə verilməyib. Robert Mobilinin sözlərinə görə, ermənilər həmin kilsənin onların nəzarətində qalmasını istəyirlər ki, buna icazə verilməyəcək.


Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə Azərbaycan ərazisində bu kilsələrin Ermənilərin Qriqoryan kilsəsi ilə heç bir əlaqəsi yoxdur. Ermənilər bunu qəbul etməsələr belə bu reallığı dəyişmir.

Qeyd edək ki, təkcə Qarabağ ərazisində 300-ə qədər Alban kilsəsi var ki, Ermənilər bu kilsələrin tarixini saxtalaşdırmaq üçün ora erməni xaçı quraşdırıblar.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti