Xəzər Xəbər

Balotelli karyerasını bu klubda davam etdirəcək

İdman | 18:16 • 5 Dekabr 2020
Balotelli karyerasını bu klubda davam etdirəcək

İtaliya millisinin keçmiş üzvü Mario Balotellinin yeni klubunun adına aydınlıq gəlməz üzrədir. 



"Breşia”dan ayrıldıqdan sonra klubsuz qalan qalmaqallı hücumçu karyerasını Braziliyada davam etdirəcək. O  ölkənin A Seriyasında çıxış edən "Vaqo De Qama” klubu ilə razılıq əldə edib. 30 yaşlı hücumçu yeni klubu ilə 1 illik müqavilə imzalayacaq və 2,5 milyon avro qazanacaq. 



Qeyd edək ki, Balottelli karyerası ərzində "İnter”, "Mançester Siti”, "Milan”, "Liverpul” və "Marsel” kimi məşhur klublarda forma geyinib.  


Ramil

Xəbər lenti