Xəzər Xəbər

Şirvanda yaşayış yerini tərk edən 2 koronavirus xəstəsi saxlanılıb

Cəmiyyət | 14:50 • 5 Dekabr 2020
Şirvanda yaşayış yerini tərk edən 2 koronavirus xəstəsi saxlanılıb

Şirvanda yaşayış yerini tərk edən 2 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb.


 Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən reydlər zamanı testinin nəticəsi pozitiv çıxan COVID-19 virusuna yoluxmuş Şirvan sakinləri, Nadirli Ramil Ağacan oğlu və Fətiyev Fərid Faiq oğlu yaşadıqları Rəsulzadə küçəsində yerləşən ünvanları özbaşına tərk etdikləri məlum olub. Bu zaman adı çəkilən şəxslər epidemiya, sanitar-gigiyena və ya karantin rejimi qaydalarını pozaraq COVID-19 virusunun digər şəxslərin yoluxmasına risklər yaradıb, sağlam şəxslərin həyatını real təhlükədə qoyublar.


Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə onlar yaşadığı evə qaytarılıb.


Toplanan materiallar əsasında hər 2 şəxs barəsində Şirvan ŞPŞ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb.apa


Nərmin Məcidli


Xəbər lenti