Xəzər Xəbər

Ceyms Bondun istifadə etdiyi tapança 256 min dollara satılıb

Dünya | 11:47 • 5 Dekabr 2020
Ceyms Bondun istifadə etdiyi tapança 256 min dollara satılıb

1962-ci ildə çəkilmiş "Doktor No” filmində Şon Konnorinin canlandırmış olduğu 007 nömrəli agent Ceyms Bondun istifadə etdiyi tapança hərracda 256 min ABŞ dollarına satılıb.


Lotun ilkin dəyəri "Julien’s Auctions” hərrac evinin qiymətləndirməsinə görə 150-200 min ABŞ dolları arasında olub.


Söhbət "Walther PP” tapançasından gedir. Fanatlar bilir ki, Ceyms Bond məhz "Doktor No”da "Beretta”dan "Walther PP”yə keçib. Çünki Mi-6 "Beretta”nın yenidən uğursuz ola biləcəyindən narahat idi.


O vaxtdan bəri "Walther” tapançası məşhur agentin əsas silahına çevrilib.


Qeyd edək ii, dünyaca ünlü Şon Konnori oktyabrın 31-də 90 yaşında vəfat edib.report


Nərmin Məcidli

Xəbər lenti