Xəzər Xəbər

Dünyanı son 75 ilin ən ağır humanitar böhranı gözləyir

Dünya | 21:08 • 4 Dekabr 2020
Dünyanı son 75 ilin ən ağır humanitar böhranı gözləyir

Əgər ölkələr zəruri maliyyələşmə ayırmasalar, dünya 2021-ci ildə son 75 ilin ən ağır humanitar böhranı ilə qarşılaşa bilər.


Xezerxeber.az xəbər verir ki, bu xəbərdarlığı Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bizli BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasında çıxışı zamanı səsləndirib. O qeyd edib ki, son dörd ildə əsasən silahlı münaqişələr nəticəsində ölüm aclığı astanasında olan insanların sayı 80 milyondan 135 milyonadək artıb. COVID-19 səbəbindən isə bu rəqəm 270 milyona yüksəlib.


Devid Bizlinin sözlərinə görə, hazırkı mərhələdən baxanda 2021-ci il fəlakətli görünür. Lakin zəruri vəsait toplamaq mümkün olsa, qeyri-sabitliyin, aclıq və miqrasiyanın qarşısını almaq olar.

Xəbər lenti