Xəzər Xəbər

Bakıdakı xristianlar və yəhudilər şəhidlərimizi yad ediblər - VİDEO

Veb TV | 22:00 • 4 Dekabr 2020
Bakıdakı xristianlar və yəhudilər şəhidlərimizi yad ediblər -

Bu gün Bakıdakı "Jen Mironosits” pravoslav kafedral kilsəsində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, kilsədə şəhidlərin xatirəsi yad olunub, dualar oxunub.

Dini ayinlər arxiyepiskop Aleksandr İşein və kilsənin baş keşişi Leonid Miltıxın iştirakı ilə keçirilir.

Arxiyepiskop Aleksandr İşein deyib ki, bu savaş Azərbaycan tarixində təkcə ikinci Qarabağ müharibəsi kimi deyil, şanlı Vətən Müharibəsi kimi qalacaq.

Müqəddəs Məryəm Katolik Kilsəsində apostol prefekturasının ordinarisi Vladimir Feketenin iştiraki ilə keçirilən mərasimdə də dini ayinlər icra edilib, şəhidlərin ruhuna dualar oxunub. Ordinari bildirib ki, bu kədərli, eyni zamanda, əlamətdar gündə müsəlmanlar, xristianlar və yəhudilərin şəhidlərin xatirəsinə ehtiramlarını birgə nümayiş etdirmələri həm də rəmzi xarakter daşıyır.

Ölümün gözünə dik baxaraq, işğal altında olan torpaqlarımıza yenidən həyat verən bu cəsur vətən oğullarımızı Dağ Yəhudiləri Dini İcmasınin üzvləri də diqqətsiz buraxmayıb. Bakıda yerləşən Sinaqoqda onların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, ayinlər icra edilib. Bildirilib ki, Azərbaycan tolerant dəyərləri ılə seçılən ölkədir və bütün dinlərin nümayəndələri burada özlərinə isti qucaq tapır, səmimi dostluq və qardaşlıq mühitində yaşayırlar.

İcma üzvləri qələbə xəbərini eşidərkən olduğu kimi, şəhidlərin xatirəsini də birlikdə yad etməkdən qürurlandıqlarını bildiriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti