Xəzər Xəbər

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad olunub - VİDEO

Veb TV | 21:34 • 4 Dekabr 2020
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad olunub -

Bu gün bütün Azərbaycanda torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə canından keçən şəhidlərimizin xatirəsi hörmətlə anılıb.

Quran oxunub, dualar edilib. Daha sonra Vətən müharibəsində canından keçən şəhidlərimizin ruhuna vəhdət namazı qılınıb.

Xezerxeber.az-ın məlumatına görə, Heydər məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan mərasimdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, düşmən torpaqlarımızda soyqırımı həyata keçirib, 100-dən çox məscidimizi, kilsələri məhv edib, hətta Şuşadakı pravoslav kilsəsini belə erməniləşdirib. Vətən, torpaq uğrunda canından keçən oğullarımızı da ehtiramla yad edən Şeyxülislam qalibiyyətimizə görə müzəffər Azərbaycan ordusuna, Ali Baş Komandanımıza öz təşəkkürünü bildirib.

Şəhidlərimizin ruhu İçərişəhər Cümə məscidində də 1 dəqiqəlik sükutla yad edilib, dualar oxunub.

Şəhidlərimiz mübarək cümə günündə Təzəpir məscidində də anılıb. Mərasimdə xütbələr oxunub, əziz xatirələri ehtiramla yad edilib.

Qeyd edək ki, Azərbaycan şəhidləri bu gün Türkiyə məscidlərində də yad edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti