Xəzər Xəbər

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artır- VİDEO

Veb TV | 21:50 • 4 Dekabr 2020
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artır-

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr edilən dövlət və hökümət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi Azərbaycanın beynəlxalq arenada nüfuzunun göstəricisidir. Çünki bu cür sessiyalar çox az hallarda çağırılır və hər ölkənin istəyi ilə belə mötəbər tədbirlər keçirilmir. Bu, eyni zamanda Azərbaycan Prezidentinin və onun təmsil etdiyi ölkənin dünyaya ümumbəşəri bəlaya qarşı birlik, bərabərlik nümayiş etdirmək mesajı idi.

Azərbaycan Prezidentinin xüsusi sessiyada çıxışı zamanı diqqət çəkdiyi daha bir məqam isə Ermənistanın uzun illər olduğu kimi COVID -19-la mübarizənin getdiyi bir dövrdə də yenə öz təxribatlarına davam etməsi idi. Dövlət başçısı Azərbaycanın xoş niyyətinə rəğmən məhz Ermənistan baş naziri və bu ölkənin sabiq müdafiə nazirinin yeni işğal planları barədə sərgilədikləri mövqenin Ermənistanın sentyabrın 27-də başlatdığı müharibəyə səbəb olduğunu bildirib. Prezident onlarla dövlət və hökümət başçısının qatıldığı xüsusi sessiyada Azərbaycan ordusunun Ermənistana layiqli cavab verərək BMT-nin 30 ilə yaxındır ki, kağız üzərində qalan qətnamalərini icra etdiyini vurğulayıb.

Təsadüfi deyil ki, prezident dünya liderlərinin iştirak etdiyi tədbirdə yüksək kürsüdən xüsusi vurğuladı ki, qurumun sentyabrın 24-dəki ümumi iclasında bütün dünyaya Ermənistanın yeni müharibəyə hazırlaşdığı haqda xəbərdarlıq etmişdi. Bununla dövlət başçısı dünya ictimaiyyətinə bir daha nümayiş etdirdi ki, Azərbaycan yalnız BMT nizamnaməsinin 51-ci bəndinə əsasən özünümüdafiə hüququndan istifadə edib və bu qurumun Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri icra edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti