Xəzər Xəbər

Koronavirus xəstəsi sərnişindaşıma fəaliyyəti ilə məşğul olub

Cəmiyyət | 11:02 • 4 Dekabr 2020
Koronavirus xəstəsi sərnişindaşıma fəaliyyəti ilə məşğul olub

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus xəstəsinin taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən olunub.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, şəhər sakini Loğman Səfərovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, karantin qaydaları izah olunub. Buna baxmayaraq L.Səfərov olunan xəbərdarlığa məhəl qoymayaraq yaşadığı evi tərk edib və özünə məxsus 02-BS-645 dövlət qeydiyyat nişanlı "Mercedes” markalı avtomobillə sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.


L.Səfərov yaşadığı ünvanı tərk etməklə və taksi fəaliyyəti ilə məşğul olmaqla karantin rejimi qaydalarını kobud şəkildə pozub, digər şəxslərin də infeksiyaya yoluxmasına şərait yaratmaqla onların sağlamlığını təhlükə altında qoyub.



Nərmin Məcidli

Xəbər lenti