Xəzər Xəbər

Ekspert: Ordumuzun döyüş əməliyyatı planları yüksək peşəkarlıqla hazırlanmışdı - VİDEO

Veb TV | 21:21 • 3 Dekabr 2020
Ekspert: Ordumuzun döyüş əməliyyatı planları yüksək peşəkarlıqla hazırlanmışdı -

Ermənistanın 30 illik hazırlığı nəzərə alınmaqla, müdafiə rayonları, istehkam qurğuları və minalanmış sahələrdə bu gün əldə etdiyimiz zəfər şəhid və qazilərimiz sayəsində mümkün olub.

Xezerxeber.az-ın məlumatına görə, bunu hərbi ekspert Ruslan İmamquliyev deyib.

O bildirib ki, qəhrəman döyüşçülərimiz sayəsində Azərbaycan yüz ildə ilk dəfə döyüş sahəsindən müzəffər olaraq çıxdı: "Düşmənin bizdən 5-6 qat daha çox itki verməsi və sadəcə 44 günlük müharibədə buna nail olmağımız Azərbaycan xalqının uğurudur".

Hərbi ekspert qeyd edib ki, döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, ordumuzun manevr qabiliyyəti, həmçinin digər taktiki və strateji üstünlüklərimiz şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaldıb.

Dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlarla, 30 illik həsrətimizə son qoyan, torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimiz qarşısında baş əyirik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti