Xəzər Xəbər

Koronaviruslu xəstələrə vaxtında tibbi müdaxilə çətinləşə bilər - VİDEO

Veb TV | 20:08 • 3 Dekabr 2020
Koronaviruslu xəstələrə vaxtında tibbi müdaxilə çətinləşə bilər -

Ölkədə koronavirusla bağlı epidemik vəziyyət ən pik həddə çatıb. Vaxtında sərtləşdirici tədbirlər görülməsə, yoluxmanın kəskin artması davam edəcək, xəstəxanaların imkanları məhdudlaşacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu həkim-infeksionist Vüqar Cavadzadə deyib.

O bildirib ki, son 10-14 gündə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq, 45 min nəfəri ötüb. Əgər dekabr ayının ilk ongünlüyündə xəstəliyin artım sürəti dəyişməsə, aktiv xəstələrin sayı 90 min nəfərə çatacaq. Bu isə milli səhiyyə sisteminin vaziyyətə müdaxilə qabiliyyətinə mənfi təsir edəcək.

Yoluxma sayının bu həddə çatmasının başlıca səbəbləri insanların vəziyyətin ciddiliyini lazımınca başa düşməmələri, mövcud qaydaları pozmaları və tövsiyələrə ciddi əməl etməmələridir. Kütləvi toplaşmalar və yas mərasimlərində iştirak isə yoluxma sayını kəskin çoxaldır.

Həkim-infeksionist deyib ki, əgər insanlar bu xəstəliyin ciddiliyini dərk etməsələr, qarşıdan gələn günlərdə yoluxma hallarının sayı gündə 5000-6000 nəfərə çatacaq. Bu da xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması və vaxtında tibbi müdaxilənin edilməsi kimi zəruri tədbirlərin görülməsini xeyli çətinləşdirəcək.

Qeyd edək ki, çarpayı fondunun artırılması, zəruri dərman vasitələrinin tədarükü, yeni xəstəxanaların tikilməsi, həkim və tibbi personalın mobilizasiyası nəticəsində bu gün 40 min nəfərdən çox xəstənin müalicəsi mümkündür. Bununla belə vətəndaşlar bu imkanların məhdud olduğunu və bu həddin aşılmamasının vacibliyini dərk etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti