Xəzər Xəbər

"Məni güllələ, əsir düşməyim" deyən əsgərimizi xilas edən igidimiz - VİDEO

Veb TV | 19:18 • 3 Dekabr 2020
 "Məni güllələ, əsir düşməyim" deyən əsgərimizi xilas edən igidimiz  -

Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirən hərbçilərimizdən bir də Allahverdi Babayevdir.

Xezerxeber.az-ın məlumatına görə, qəhrəman qazimiz müharibənin elə ilk günlərindən odun- alovun içinə atılıb. Zərrə qədər qorxmayıb, çəkinməyib. Füzulidən Şuşaya qədər qürur duyulası döyüş yolu keçib. Tarixi qalamız azad edilən gün yaralanıb. Amma özü yaralı olsa da, yanında ağır yaralanmış yoldaşını tərk etməyib. Bu addım Azərbaycan əsgərinə yaraşmazdı axı... Allahverdi yaralı əsgərin ''məni öldür, əsir düşməyim'' dediyini eşidib və dərhal qərar verib ki, onu ərazidən uzaqlaşdırsın.

Qanını, canını vətən uğrunda əsirgəməyən Allahverdinin şücaəti onun bütün doğmaları, el-obası üçün qürur mənbəyinə çevrilib. İlk növbədə, təbii ki, valideynləri üçün...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti