Xəzər Xəbər

İşğaldan azad olunmuş ərazilərə marşrut xətləri açılacaq - VİDEO

Veb TV | 19:47 • 2 Dekabr 2020
İşğaldan azad olunmuş ərazilərə marşrut xətləri açılacaq -

İşğaldan azad edilmiş ərazilərdən digər şəhər və rayonlara marşrut xətləri açılacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturunun və avtomobil nəqliyyatı ilə daşımaların təşkili ilə bağlı ümumi maddi-texniki bazanın təhlili aparılıb. Məlum olub ki, 22 avtonəqliyyat müəssisəsi, 10 avtovağzal və avtostansiya kompleksi, avtonəqliyyat müəssisələrinə məxsus ümumilikdə 1015 ədəd nəqliyyat vasitəsi talan edilib, yararsız hala gətirilib. Təhlillər əsasında işğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturunun və maddi-tezniki bazanın qurulması üçün sənədlər hazırlanıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, işğaldan azad olunmuş ərazilərlə digər şəhərlərin əlaqələndirilməsi üçün yeni marşrut xətləri də açılacaq. Rayondaxili və şəhərlərarası marşrut xətlərinin açılması mərhələli şəkildə icra olunacaq.

Bütün bunlar dövlət və özəl sektor tərəfdaşlığı layihəsi çərçivəsində reallaşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti