Xəzər Xəbər

Füzuli-Şuşa yolu nə vaxt istismara veriləcək? - AÇIQLAMA

İqtisadiyyat | 16:54 • 2 Dekabr 2020
Füzuli-Şuşa yolu nə vaxt istismara veriləcək? -

Füzuli-Şuşa yolunun tikintisini 1-1,5 ilə yekunlaşdırmaq nəzərdə tutulur. Yolun ümumi uzunluğu 101,5 kilometrdir.

Xezerxeber.az xəbər verir ki, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.

Xəzər TV-nin "Xəzər Səhər" proqramının qonağı olan A.Nəcəfli deyib ki, Şuşaya gedən yol şərti olaraq beş hissəyə bölünüb. Onun sözlərinə görə, yolun tikintisinə iki Türkiyə şirkəti də cəlb edilib: "Hazırda yolda genişləndirmə işləri aparılır. Yolun eni 40 metr və 6 hərəkət zolağından ibarət olacaq. Bəzi ərazilərdə isə yol 4 zolaqlı olacaq. Yol boyu bir neçə yerdə körpü tikiləcək".

A.Nəcəfli onu da deyib ki, ümumiyyətlə, işğal altında olan ərazilərdə 2661 kilometr avtomobil yolu olub. 

Onun sözlərinə görə, işğal dövrü ərzində yolların böyük hissəsi sıradan çıxıb: "Hazırda mütəxəssislərimiz yolların vəziyyətini araşdırırlar".

Atif

Xəbər lenti