Xəzər Xəbər

Türkiyənin müdafiə naziri: Sona qədər azərbaycanlı qardaşlarımızın yanındayıq

Dünya | 16:16 • 2 Dekabr 2020
Türkiyənin müdafiə naziri: Sona qədər azərbaycanlı qardaşlarımızın yanındayıq

Azərbaycanla hərbi təlim və zabit hazırlığı ilə bağlı qarşılıqlı əməkdaşlığımız davam edir.


Xezerxeber.az-ın "Anadolu" agentliyinə istinadən xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlama verib. 


Nazir qeyd edib ki, Türkiyə bu məsələlərdə Azərbaycana əlindən gələn bütün köməkliyi göstərəcək: "Sona qədər azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanındayıq. Buna heç kimin şübhəsi olmasın”. 


Hulusi Akar əlavə edib ki, Qarabağda atəşkəsə riayət olunması üçün Türkiyə və Rusiya hərbçiləri birlikdə xidmət aparacaqlar.  


Atif

Xəbər lenti