Xəzər Xəbər

Polietilen torbaları nə əvəz edəcək? - Deputatdan açıqlama

Gündəm | 12:43 • 2 Dekabr 2020
Polietilen torbaları nə əvəz edəcək? -

2021-ci il yanvarın 1-dən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsal, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan olunur. Qadağanı pozan vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə ediləcək.


Bəs plastik qabları və polietilen torbaları nə əvəzləyəcək?


Məsələ ilə bağlı Xezerxeber.az-a açıqlama verən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Naqif Həmzəyev ətraf mühitin qorunmaq üçün hamının qaydalara əməl etməli olduğunu deyib:


"Artıq uzun illərdir Avropada və əksər inkişaf etmiş ölkələrdə həm plastik qabları, həm də polietilen torbaları bioloji materiallardan hazırlanan məhsullar əvəz edir. Sovet dönəmində kağız və ipdən hazırlanan torbalardan geniş isifadə edilirdi. Hesab edirəm ki, marketlərdə və digər iaşə obyektlərində bioloji materiallardan hazırlanan torbalar və birdəfəlik isehsal üçün nəzərdə tutulan məhsullar təklif ediləcək”.


Sevinc Yasinqızı

Xəbər lenti