Xəzər Xəbər

Bakıda klinika rəhbəri koronovirusa yoluxub - VİDEO

Veb TV | 21:25 • 1 Dekabr 2020
Bakıda klinika rəhbəri koronovirusa yoluxub -

"Yeni klinika"nın rəhbəri, tibb elmləri doktoru Pərviz Abbasov koronovirus infeksiyasına yoluxub.

Xezerxeber.az-ın məlumatına görə, Pərviz Abbasov virusa yoluxsa da, o, başqalarını özündən daha çox düşünür.

Pərviz həkim vəziyyətindəki ağırlaşma keçdikdən sonra özünün xəstə yatdığı palatanın bir hissəsini iş otağına çevirib və prosesləri oradan idarə edir.

O, insanları həkim təyinatı olmadan antibiotiklər qəbul etməməyə çağırır. Deyir ki, indi müharibədə bizə qələbəni bəxş edən insanlara minnətdarlığmızı həm də özümüzü qoruyaraq etməliyik.

Qeyd edək ki, "Yeni klinika" həm də yaralı hərbçilərimizin sağalaraq evlərinə buraxılmasında xüsusi xidmət göstərir.

Bu xəstəxanada "Xəzər Xəbər"in müxbiri Ruzana Kərimova da müalicə alır. Bütün qabaqlayıcı tədbirlərə əməl etməsinə baxmayaraq, gərgin iş rejimi nəticəsində virus ondan da yan keçməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Atif

Xəbər lenti