Xəzər Xəbər

Laçın rayonunun işğaldan azad edilməsi böyük coşqu ilə qarşılanıb - VİDEO

Veb TV | 19:31 • 1 Dekabr 2020
Laçın rayonunun işğaldan azad edilməsi böyük coşqu ilə qarşılanıb -

Laçın rayonunun işğaldan azad edilməsi vətəndaşlar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Xezerxeber.az-ın məlumatına görə, rayonun işğaldan azad edilməsi bütün Azərbaycanda olduğu kimi 3 mindən çox laçınlı ailənin məskunlaşdığı Ağcabədi rayonunda da insanların sevincinə səbəb olub.

Ağcabədinin Taxtakörpü qəsəbəsində hərbiçilərimizin də iştirakı ilə yürüş keçirilib, konsert proqramı təşkil olunub.

Bərdədə məskunlaşan laçınlı ailələr də bu günü sevinclə keçiriblər.

Tərtərdə yaşayan ailələr də bayram ab-havası yaşayıb. Laçının işgaldan azad olunması münasibəti ilə qurbanlar kəsilib.

Bununla yanaşı gün boyu həm Ağcabədi, həm də digər rayonlarin ərazisində Laçının işğaldan azad edilməsi münasibəti ilə avtoyürüşlər təşkil edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti