Xəzər Xəbər

Qarabağdakı sülhməramlılar üçün yüklər Azərbaycan vasitəsilə daşınır - VİDEO

Veb TV | 22:31 • 30 Noyabr 2020
Qarabağdakı sülhməramlılar üçün yüklər Azərbaycan vasitəsilə daşınır -

Rusiya sülhməramlılarının Dağlıq Qarabağa Azərbaycan üzərindən getməsi Moskvanın ölkəmizin ərazi bütövlüyü məsələsində qəti mövqeyinə bir daha dəlalət edir.

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Elşad Mirbəşir deyib.

O bildirib ki, bizim möhtəşəm hərbi qələbəmiz bundan sonrakı mərhələdə siyasi proseslərin də Azərbaycanın maraqları çərçivəsində cərəyan etməsini şərtləndirir.

Azərbaycan hər ötən gün öz maraqlarını daha inamla müdafiə edir. Rusiya tərəfi əvvəlcədən müəyyən edilmiş kvotaya uyğun şəkildə sülhməramlılarının Qarabağ ərazisində yerləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirir. Yerləşdiriləcək kontingentin bir hissəsi Ermənistandan gəlməklə Laçın dəhlizi vasitəsilə Qarabağa daxil olub. Bununla yanaşı, razılaşdırılmış hüquqi çərçivəyə uyğun olaraq Rusiya bölgəyə çatdırılması nəzərdə tutulan yüklərin məhz Azərbaycan vasitəsilə daşınması qərarına gəlib. Noyabrın 28-də Rusiyadan ölkəmizə dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib. Yüklər müvafiq qaydada təyinat nöqtəsinə çatdırılıb. Daşımaların Azərbaycan vasitəsilə həyata keçirilməsi ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətin növbəti nümunəsidir. Bu, həm də Rusiyanın beynəlxalq hüquqa, Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə sadiqliyinin əyani göstəricisidir.

Digər tərəfdən, Rusiya Ermənistanla həmsərhəd deyil. Yüklərin təyyarələr vasitəsilə daşınması, daha sonra isə əlverişsiz, buraxılış imkanları məhdud olan Laçın dəhlizi vasitəsilə Qarabağa çatdırılması həm vaxt itkisinə, həm də böyük məsrəfə səbəb olur. Rusiyanın məsələ ilə bağlı nümayiş etdirdiyi mövqe Qarabağa humanitar yardım göstərmək istəyən beynəlxalq təşkilatlar üçün də yaxşı nümunədir.

Azərbaycanın müasir nəqliyyat-logistika infrastrukturu da bu tipli əməliyyatların həyata keçirilnməsi üçün son dərəcə əlverişlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti