Xəzər Xəbər

Koronavirusa yoluxanların sayı sürətlə artır - VİDEO

Veb TV | 20:09 • 30 Noyabr 2020
Koronavirusa yoluxanların sayı sürətlə artır -

Dünyanı cənginə alan koronavirus kabusu ılə bağlı Azərbaycanda da həyəcan təbili çalınır. Yoluxma bu cür davam edərsə, karantin tədbirlərinin daha da sərtləşdirilməsi qaçılmaz olacaq.

Xezerxeber.az-ın məlumatına görə, hazırda Azərbaycanda gündəlik yoluxma sayı 4 min nəfəri keçir.

Ölənlərin sayında da ciddi artım var. Yay ayları ilə müqayisədə gündəlik ölüm halları az qala 4 dəfəyə qədər yüksəlib. Yoluxma hallarının 1-1,5%-i ölümlə nəticələnir. Son 2 həftə ərzində ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq 45 000 nəfəri ötüb. Əgər dekabrın ilk ongünlüyündə xəstəliyin artım sürəti dəyişməzsə, aktiv xəstələrin sayı 90 000 nəfərə çatacaq. Bu isə milli səhiyyə sisteminin imkanlarını aşır.

Bu əziyyətlərə sədd çəkmək və ölüm hallarının qarşısını almaq üçün gündəlik yoluxma sayının azalması mütləq şərtdir. Xəstəlik olduqca təhlükəli olsa da, ona duruş gətirmək üçün qoyulan qaydalar o qədər də qəliz deyil.

Bəşəri bəlaya çevrilən koronavirusla mübarizədə Azərbaycanın addımları və çevik tədbirlər planı ilk gündən beynəlxalaq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Amma ehtiyatı bir an belə əldən vermək olmaz. İkinci dalğa sərt üzünü artıq göstərdi.

Millət vəkili Cavid Osmanovun fikrincə, vəziyyət bir neçə gün də belə davam edərsə, tam təcrid və SMS icazə kimi məhdudiyyətlərin tətbiqi yenidən gündəmə gələcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti