Xəzər Xəbər

Azərbaycanda nə qədər xəstəyə immun plazma köçürülüb?

Gündəm | 12:07 • 30 Noyabr 2020
Azərbaycanda nə qədər xəstəyə immun plazma köçürülüb?

Mərkəzi Qan Bankı "Donor ol, həyat qurtar!” şüarı ilə yeni növ koronavirusdan (COVID-19) sağalmış xəstələrə müraciət edib. Müraciətdə bildirilir ki? onlar ağır xəstələrə donor ola bilərlər.


XəzərXəbər xəbər verir ki, Qan Bankın müdiri, TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərovanın dediyinə görə, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xeyli xəstə var. Onların sağalması üçün immun plazma müalicəsi lazımdır: "COVID-19 xəstəliyini keçirərək sağalanlarda anticisimlər formalaşır. Anticisimlər həmin xəstələrin heç də hamısında formalaşmır. Anticisimlər olan xəstələrdən immun plazma toplanılaraq ağır xəstələrə köçürülür. 18 yaşdan 60 yaşadək hər kəsin xəstəliyi keçirəndən 14 gün sonra donor olması mümkündür, qadınlardan hamiləlik keçirməyənlər donor ola bilər. İndiyə qədər ölkəmizdə 180-ə yaxın vətəndaş donor olmaq üçün müraciət edib, onların 100 nəfərindən immun plazma toplanılaraq 238 xəstəyə köçürülüb”.


Proses tamamilə ağrısız və təhlükəsizdir, immun plazma qapalı və steril şəraitdə toplanılır. Həmin müalicə üsulunun səmərəsi pandemiyanın birinci dalğası zamanı sübut olunub.


Virusun yoluxma dinamikasına fikir verəndə görürük ki, infeksiyadan minlərlə sağalan var, amma nədənsə onlar bəzən bunu gizlədirlər. Mütəxəssislər deyirlər ki, sağalanlar tərəddüd etmədən digər xəstələrin xilaskarı ola bilərlər.


Ramil

Xəbər lenti