Xəzər Xəbər

Avrozonadakı bankları çətin günlər gözləyir

İqtisadiyyat | 16:02 • 26 Noyabr 2020
Avrozonadakı bankları çətin günlər gözləyir

Avrozonanın kommersiya bankları çətin günlərlə üzləşəcək.


Avropa Mərkəzi Bankı ənənəvi maliyyə sabitliyi icmalında verdiyi məlumata görə, bu vəziyyət ən azı 2021-ci ili əhatə edəcək.


İcmala əsasən, bank sektorunun mənfəətinin 2019-cu ilin səviyyəsinədək bərpası 2022-ci ildən tez olmayacağı proqnozlaşdırılır.


Öz növbəsində, sözügedən vəziyyət bu müddətdə borcvermə potensialını azaltmaqla bütün Avropa iqtisadiyyatının vəziyyətinə mənfi təsir göstərəcək./apa

Xəbər lenti