Xəzər Xəbər

Parlament Fransa Senatına etiraz bəyanatı qəbul etdi

Gündəm | 12:36 • 26 Noyabr 2020
Parlament Fransa Senatına etiraz bəyanatı qəbul etdi

Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı qəbul edilib.


Xezerxeber.az xəbər verir ki, sənədin mətnini deputat Cavanşir Feyziyev təqdim edib.


Bəyanatda deyilir: "2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı bəyanat Dağlıq Qarabağ münaqişəsinə son qoymuşdur. Bu üçtərəfli bəyanat BMT TŞ-nin qəbul etdiyi və Fransanın da dəstəklədiyi 4 qətnamənin icrası deməkdir. Bu bəyanat eyni zamanda digər mötəbər beynəlxalq qurumların qəbul etdiyi sənədlərin icrasını təmin edib. Milli Məclis yaradılan yeni reallıqların hər kəs tərəfindən qəbul olunmalı olduğunu xatırladır. Azərbaycan Respublikası hökumətinə aşağıdakı təkliflərlə çağırış edir:


"1. Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən çıxarılması üçün ATƏT rəhbərliyinə müraciət edilsin.


2. Azərbaycan və Fransa hökumətləri arasında iqtisadi münasibətlərə yenidən baxılsın və dərindən təhlil edilsin”.


Sənəd səsə qoyularaq, qəbul edilib.


Xəbər lenti