Xəzər Xəbər

Donald Tramp təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinni əfv edib

Dünya | 11:20 • 26 Noyabr 2020
Donald Tramp təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinni əfv edib

Prezident Donald Tramp milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinnin əfvi barədə sərəncam imzalayıb.

2017-ci ildə Flinn Rusiyanın ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə ehtimal edilən müdaxiləsinin araşdırılması zamanı Federal Təhqiqatlar Bürosunun agentlərinə yalan ifadələr verməkdə təqsirkar olmasını etiraf edib.

Flinn 2017-ci ilin yanvarında Trampın inauqurasiyasından əvvəlki bir neçə həftə ərzində Rusiyanın ABŞ-dakı sabiq səfiri ilə əlaqədə təqsirləndirilir. Həmin vaxtdan Flinn öz təqsirinin etirafından imtina etməyə çalışıb, prokurorluq tərəfindən onun hüquqlarının pozulduğunu və aldatma yolu ilə təqsirini boynuna alması barədə onunla razılaşma bağladığını iddia edib. Flinnə hökmün oxunması tarixi bir neçə dəfə təxirə salınıb.

(Azərtac)

Xəbər lenti