Xəzər Xəbər

İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradıldı SƏRƏNCAM

Gündəm | 16:37 • 24 Noyabr 2020
İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradıldı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında" sərəncam imzalayıb.


XəzərXəbər xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Əlaqələndirmə Qərargahı yaradılıb:


Qərargahın rəhbəri


Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri


Qərargahın üzvləri


Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri


Şahmar Mövsümov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri


Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri


Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri


Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi


Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi


Elçin Əmirbəyov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi


Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi


Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi


Kamran Əliyev – Azərbayan Respublikasının Baş prokuroru


Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri


Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri


Fikrət Məmmədov – Azərbaycan Respublikasının ədliyyə naziri


Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri


Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri


Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri


Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri


İnam Kərimov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri


Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri


Zakir Həsənov – Azərbaycan Respublikasının müdafiə naziri


Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri


Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri


Emin Əmrullayev – Azərbaycan Respublikasının təhsil naziri


Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri


Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri


Elçin Quliyev – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi


Əli Nağıyev – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi


Orxan Sultanov – Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi


Anar Kərimov – Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini


Rəşad Nəbiyev – "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri


Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılır.

Xəbər lenti