Xəzər Xəbər

İşğalçı Ermənistan tanklara görə nə qədər pul itirib? - QİYMƏT

Dünya | 11:19 • 27 Oktyabr 2020
İşğalçı Ermənistan tanklara görə nə qədər pul itirib? -

Azərbaycan Milli Ordusunun Dağlıq Qarabağda işğaldan azadetmə əməliyyatları uğurla davam edir.


Əməliyyatların başladığı 27 sentyabrdan bu yana işğalçı Ermənistan ordusu yüzlərlə hərbi texnikasını itirib.


Azərbaycanın artilleriya bölmələri Ermənistanın T-72 tanklarının böyük bir hissəsini məhv edib.


Bu tankların satış qiyməti minimum 2,2-2,5 milyon dollar arasında dəyişir.


Nəzərə alsaq ki, düşmənin bu günə qədər 252 tankı məhv edilib, onda Ermənistan təkcə tanklara görə 567 milyon dollar zərər görüb.


Eyni zamanda 53 tank da qənimət götürülüb. Onların qiyməti isə 119,25 milyon dollar təşkil edir.


Toplam 305 tank Ermənistanın 686, 25 milyon dollar itirməsi ilə nəticələnib. (BAKU.WS)

Xəbər lenti