Xəzər Xəbər

Polkovnik açıqladı - Düşmən təxribata hazırlaşır

Cəmiyyət | 23:11 • 26 Oktyabr 2020
Polkovnik açıqladı -

"Bu gün saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın bir sıra yaşayış məntəqələrini atəşə tutub. Təbii ki, Azərbaycan Ordusu da buna ən ağır şəkildə cavab verir”.


Bu sözləri Redaktor.az-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib. O, Ermənistan tərəfinin onlara verilən növbəti şansdan da istifadə edə bilmədiyini qeyd edib:


"Əslində bu humanitar atəşkəs daha çox ermənilərə lazım idi ki, günlərdir qalan cəsədlərini götürsünlər. Amma onlar bu dəfə də bundan istifadə edə bilmədilər. Bu, onlara verilən son şans idi. Artıq Azərbaycan bundan sonra düşmənə daha sarsıdıcı əks-hucum əməliyyatları həyata keçirəcək və bizi buna görə heç bir ölkə qınaya bilməz”.


Hərbi ekspert Ermənistan tərəfinin yeni təxribatlara hazırlaşdığını bildirib:


"Sabah artıq aktiv döyüş əməliyyatlarının bir ayı tamam olur, buna görə də düşmən vəziyyətdən çıxmaq üçün başqa yollar axtarır, yeni təxribatlara cəhd edir. Səhər erməni mətbuatını izlədim, onlar yenə öz təxribatlarını Azərbaycanın üzərinə atmağa çalışır. Amma düşmən nə qədər çalışsa da buna nail ola bilməyəcək. Çünki Azərbaycan öz üzərinə düşənləri ən üst səviyyədə yerinə yetirir, nə düşmənə, nə də beynəlxaq qurumlara bizi ittiham etməyə hansısa bir əsas vermir. Odur ki, Ermənistanın üzərində çalışdığı yeni təxribatlar bizə deyil, ancaq özlərinə ziyan vuracaqlar”.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti